Ana Sayfa > Karusel / Region > Azərbaycanla Türkiyə arasında hərbi informasiya sahəsində təcrübə mübadiləsi aparılıb
Azərbaycanla Türkiyə arasında hərbi informasiya sahəsində təcrübə mübadiləsi aparılıb16-04-2024, 11:47. Yazar: Admin |
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşavirliyinin nümayəndə heyəti ilə görüş keçirilib. Qarabaginfo.aZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. MN-in Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyası ilə bağlı geniş məruzə ilə çıxış edib. Həmçinin Azərbaycan Ordusunun şanlı qələbəsi ilə nəticələnən 44 günlük Vətən Müharibəsində və sonrakı hərbi əməliyyatlarda informasiya sahəsində əldə edilən uğurlar və dezinformasiyalara qarşı aparılan mübarizə tədbirləri haqqında danışıb. Geri dön |