Ana Sayfa > Karusel / Dünya > Zelenski Ərdoğan və Putinlə müqavilədən qəfildən imtina edib –“Reuters”

Zelenski Ərdoğan və Putinlə müqavilədən qəfildən imtina edib –“Reuters”


16-04-2024, 10:04. Yazar: Admin

Türkiyə Ukrayna və Rusiya ilə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün iki ay müddətinə danışıqlar aparıb, lakin Kiyev yekunda bu razılaşmadan imtina edib.

Qarabaginfo.az bildirir ki, bu barədə “Reuters” mötəbər mənbələrə istinadən məlumat yayıb.

Mənbələr deyib ki, tərəfləri BMT danışıqlara sövq edib, Ankara vasitəçi kimi çıxış edib. Ukrayna Ərdoğanın müqaviləni martın 30-da elan edəcəyin ilə razılaşsa da, son anda bundan imtina edib.

Kiyevin bu qərarının səbəbləri məlum deyil.

Agentliyin əldə etdiyi saziş layihəsinin mətninə əsasən, tərəflər Qara dənizdəki ticarət gəmilərinə, gəmidə hərbi yük bəyan etmədikləri halda, onlara zərbə endirmədən və axtarış aparmadan onlara təhlükəsizlik zəmanəti verəcəklərini öhdələrinə götürüblər.

“Reuters” dəqiqləşdirib ki, sazişlər imzalandığı andan qüvvəyə minməli idi.

Ərdoğan fevralın sonunda Qara dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyini təmin etmək üçün müqavilə bağlamaq zərurətini açıqlamışdı. Onun sözlərinə görə, bu kontekstdə BMT ilə əməkdaşlıq çərçivəsində müvafiq öhdəlikləri özündə əks etdirən yeni qaydaların hazırlanması üzrə əlaqələr davam edir. Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Ərdoğanın təşəbbüsünü şərh edərkən qeyd edib ki, bu, taxıl müqaviləsi ilə bağlı deyil.

Taxıl müqaviləsi 2023-cü il iyulun 17-də başa çatıb.


Geri dön