Ana Sayfa > Karusel / İqtisadiyyat / Dünya > Bayden ailəsinin ötən il qazandığı pul AÇIQLANDI
Bayden ailəsinin ötən il qazandığı pul AÇIQLANDI16-04-2024, 09:46. Yazar: Admin |
ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Cill Bayden 2023-cü ildə 620 min dollar qazanıblar.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı vergi bəyannaməsində qeyd olunub.
Bu məbləğin 146,6 min dollarını 23.7 faizlə federal gəlir vergisi ödəyiblər.
Co Bayden və həyat yoldaşı evlərinin yerləşdiyi Delaver ştatında təxminən 30,9 min dollar vergi ödəyiblər. Cill Bayden isə ötən il Virciniya ştatında 3500 dollar vergi ödəyib. Vəsaitin 5 min dolları mərhum oğlunun adını daşıyan Beau Bayden Fonduna gedib.
Qeyd edək ki, 2022-ci ildə ailənin illik gəliri 579,5 min dollar olub. Mətbuat yazır ki, 2023-cü ildə gəlirin artması Şimali Virciniya İcma Kollecinin professoru Jill Baydenin maaşının artması ilə bağlıdır. Sosial təminat müavinətlərinin artması səbəbindən gəlir də artıb. Geri dön |