Ana Sayfa > Karusel / Dünya > İran mülki obyektlərə zərbələr endirməyib - Abdullahiyan
İran mülki obyektlərə zərbələr endirməyib - Abdullahiyan14-04-2024, 17:01. Yazar: Admin |
İran İsrailə qarşı əməliyyat zamanı iqtisadi və mülki obyektlərə zərbələr endirməyib.
Qarabaginfo.az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
“İranın İsrailə qarşı hərbi əməliyyatı məhdud idi. İran F-35 təyyarələri üçün uçuş-enmə zolaqlarını hədəfə alıb”, - XİN rəhbəri bildirib.
Nazir qeyd edib ki, İsrailin bu ay İranın Dəməşqdəki konsulluğuna etdiyi hücum beynəlxalq razılaşmaların pozulması idi. Geri dön |