Ana Sayfa > Karusel / Siyasət > Britaniya, Almaniya və Fransa səfirləri İran XİN-nə çağrılıb

Britaniya, Almaniya və Fransa səfirləri İran XİN-nə çağrılıb


14-04-2024, 16:54. Yazar: Admin

 Böyük Britaniya, Almaniya və Fransa səfirləri İran Xarici İşlər Nazirliyinə çağrılıb.

Qarabaginfo.az bildirir ki, bu barədə “Mehr” Agentliyi məlumat yayıb.

Səfirlərin bu ölkələrin İranın İsrailə qarşı əməliyyatı ilə bağlı məsuliyyətsiz mövqeyinə görə çağırldığı açıqlanıb.

XİN-nin Qərbi Avropa departamentinin baş direktoru bazar günü Britaniya səfiri Saymon Şerkliff, Almaniya səfiri Hans-Udo Müsel və Fransa səfiri Nikolas Roşu ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə çağırıb.

“İran BMT Nizamnaməsinin prinsip və məqsədlərinə, eləcə də beynəlxalq hüquqa sadiqliyini bir daha təsdiq edərək, öz suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını istənilən qanunsuz güc tətbiqinə qarşı qətiyyətlə müdafiə etmək əzmindədir”.-deyə XİN-dən vurğulanıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsrailin İranın diplomatik qurumlarına hücumu ilə bağlı üç Avropa ölkəsinin ikili standartlarını pisləyib.


Geri dön