Ana Sayfa > Karusel / Manşet / Dünya > BMT TŞ İranın İsrailə hücumu ilə əlaqədar növbədənkənar iclas keçirəcək

BMT TŞ İranın İsrailə hücumu ilə əlaqədar növbədənkənar iclas keçirəcək


14-04-2024, 12:06. Yazar: Admin

BMT TŞ İranın İsrailə hücumu ilə əlaqədar növbədənkənar iclas keçirəcək

Bu gün BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçiriləcək.

Qarabaginfo.az "Alman dalğası"na istinadən verdiyi xəbərə görə, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Qilad Erdan bildirib.

BMT Təhlükəsizlik Şurasının iclası İsrailin təşəbbüsü ilə çağırılıb. Qilad Erdan qeyd edib ki, bu gecə saat 22.00-da keçiriləcək iclasda İranın İsrailə hücumu müzakirə olunacaq.

Qeyd edək ki, ötən gecə İran Silahlı Qüvvələri İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 “Yer-Yer” tipli raketi atıb.


Geri dön