Ana Sayfa > Karusel / Dünya > İran BMT TŞ-yə məktub yazıb, İsraillə gərginliyi artırmaq istəmədiyini bəyan edib
İran BMT TŞ-yə məktub yazıb, İsraillə gərginliyi artırmaq istəmədiyini bəyan edib14-04-2024, 10:16. Yazar: Admin |
İran BMT Təhlükəsizlik Şurasına məktub ünvanlayıb. Qarabaginfo.az “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, məktubda qeyd edilib ki, İran İsrailin Dəməşqdəki diplomatik məkanlarına silahlı hücumu və 7 yüksək səviyyəli müşavirinin həlak olmasından sonra aprelin 13-də İsrailin hərbi obyektlərinə hücum əməliyyatı həyata keçirib. Qeyd edilib ki, Tehran BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünü müdafiə etmək hüququndan istifadə edib, İsrailin 1 apreldəki hücumuna cavab verib. Bildirilib ki, İran BMT-nin məsuliyyətli üzvü olaraq beynəlxalq hüququn məqsəd və prinsiplərinə sadiqdir, bölgədə gərginliyi və qarşıdurmanı artırmağa çalışmır. Geri dön |