Ana Sayfa > Karusel / Dünya > Ərdoğan Fələstinlə bağlı Roma Papasına məktub göndərib
Ərdoğan Fələstinlə bağlı Roma Papasına məktub göndərib13-04-2024, 20:48. Yazar: Admin |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinlə bağlı Roma Papası I Fransiskə məktub göndərib. Qarabaginfo.az xəbər veir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Məktubda Qəzzada beynəlxalq və humanitar hüququn pozulmasına artıq icazə verilməməyinin vacibliyi vurğulanıb: “Bəşəriyyət müharibədə toxunulmaz statusuna malik xəstəxanaların, məktəblərin, məscidlərin və kilsələrin məqsədli şəkildə bombalanmasına qarşı səsini ucaltmalıdır. Fələstin-İsrail məsələsi ədalətli həll olunmadan Yaxın Şərqdə daimi sülh və sabitliyin bərqərar olması mümkün deyil. Müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin Dövlətinin 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olmaqla, yaranması və beynəlxalq birliyin bərabərhüquqlu üzvü kimi qlobal sistemdə öz yerini tutması vacibdir”. Geri dön |