Ana Sayfa > Karusel / Dünya > İranın ələ keçirdiyi gəmidə 17 Hindistan vətəndaşı var

İranın ələ keçirdiyi gəmidə 17 Hindistan vətəndaşı var


13-04-2024, 20:14. Yazar: Admin

Hörmüz boğazında İran hərbçiləri tərəfindən ələ keçirilən “MSC Aries” konteyner gəmisinin heyətində 17 Hindistan vətəndaşı var.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Times Now” Hindistan hökumətindəki mənbələrə istinadən yazıb.

“Hindistan vətəndaşlarının təhlükəsizliyini, rifahını və tezliklə azad edilməsini təmin etmək üçün həm Tehran, həm də Dehlidə diplomatik kanallar vasitəsilə İran hakimiyyəti ilə əlaqə saxlanılır”, – mənbə deyib.

Gəminin istismar şirkətinin nümayəndəsinin daha əvvəl verdiyi məlumata görə, gəmidə ümumilikdə 25 ekipaj üzvü var.


Geri dön