Ana Sayfa > Karusel / Sosial > DSMF-nin xərcləri artıb
DSMF-nin xərcləri artıb13-04-2024, 13:48. Yazar: Admin |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin üç ayında proqnozla müqayisədə 7 faiz və ya 108 mln. manat çox olmaqla 1 mlrd. 673 mln. manat təşkil edib. Bu barədə Qarabaginfo.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 9 faiz və ya 104 mln. manat artaraq 1 mlrd. 318 mln. manat olub. "Cari ilin ilk rübündə DSMF-nin xərcləri 1 mlrd. 701 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 207 mln. manat çoxdur", - deyə məlumatda qeyd edilib. Geri dön |