Ana Sayfa > Karusel / Kriminal > Qazaxıstanda insanları Ukrayna müharibəsinə cəlb edən şəxs saxlanılıb

Qazaxıstanda insanları Ukrayna müharibəsinə cəlb edən şəxs saxlanılıb


13-04-2024, 13:47. Yazar: Admin

 

Qazaxıstanda insanları Ukrayna müharibəsinə cəlb edən şəxs saxlanılıb

Qazaxıstanda insanları Ukraynada müharibəyə cəlb edən Rusiya vətəndaşı saxlanılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin teleqram kanalında məlumat verilib.

Bildirilib ki, Almatı aeroportunda olduğu müəyyən edilən 32 yaşlı bu şəxs Tacikistanın sorğusu əsasında Moskva-Almatı təyyarəsindən enərkən tutulub.

Onun 2023-cü ilin sentyabr ayından başlayaraq Tacikistan ərazisində yerli vətəndaşları, eləcə də vətəndaşlığı olmayan şəxsləri Ukrayna və digər ölkələrin ərazisində davam edən silahlı münaqişələrə cəlb etdiyi aşkarlanıb. 

O da qeyd olunub ki, müvafiq prosedurlardan sonra bu şəxs Tacikistana ekstradisiya olunacaq.


Geri dön