Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının növbəti görüşü başlayıb.
Qarabaginfo.az xəbər verir ki, müzakirələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.
Nazirlər MDB çərçivəsində əməkdaşlıq, təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran bir sıra regional və qlobal məsələləri nəzərdən keçirəcək.
Rusiyanın MDB-yə sədrliyi də müzakirələrin prioritetini təşkil edəcək.