Ana Sayfa > Karusel / Siyasət > Rusiya XİN Sloveniyanın Moskvadakı diplomatik missiyasının əməkdaşını "persona non-grata" elan edib

Rusiya XİN Sloveniyanın Moskvadakı diplomatik missiyasının əməkdaşını "persona non-grata" elan edib


12-04-2024, 13:34. Yazar: Admin

Rusiya XİN Sloveniyanın Moskvadakı diplomatik missiyasının əməkdaşını "persona non-grata" elan edib

Rusiya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin əməkdaşının ölkədən çıxarılmasına cavab olaraq Sloveniyanın Moskvadakı diplomatik missiyasının bir əməkdaşını "persona non-grata" (arzuolunmaz şəxs) elan edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Rusiya Xarici Siyasət İdarəsi bəyan edib ki, bu, Lyublyana tərəfindən Rusiya-Sloveniya əlaqələrini pozmağa yönəlmiş növbəti qeyri-dost addımdır.

Rusiyanın respublikadakı səfirliyinin əməkdaşının əsassız olaraq akkreditasiyadan məhrum edilməsi ilə bağlı Sloveniya səfirinə etiraz elan edilib.


Geri dön