Ana Sayfa > Karusel / Region > KTMT-nin hərbi təlimlər üzrə qrafiki məlum olub

KTMT-nin hərbi təlimlər üzrə qrafiki məlum olub


12-04-2024, 13:04. Yazar: Admin

KTMT-nin hərbi təlimlər üzrə qrafiki məlum olub

Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının cari ilə planlaşdırılan hərbi təlimlərinin qrafiki məlum olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumat təşkilatın Parlament Assambleyasından verilib.

Qeyd olunub ki, aprelin 9-dan 11-dək keçirilən müzakirələr nəticəsində qərara alınıb ki, cari ildə Qırğızıstanda “Birgə fəaliyyət - 2024” Komanda-Qərargah Təlimləri Baş tutacaq.

Daha sonra isə təşkilata üzv ölkələrin hərbçiləri adıçəkilən ölkədə “Axtarış - 2024”, habelə “Eşelon – 2024” hərbi təlimlərinə toplaşacaqlar.

 

İl ərzində KTMT-yə üzv dövlətlərin hərbi strukturlarının təmsilçiləri həmçinin Qazaxıstan və Tacikistanda da “Sarsılmaz qardaşlıq - 2024” və “Hüdud - 2024” adlı manevrlərə qatılacaqlar.


Geri dön