Ana Sayfa > Karusel / Hadisə > Kəlbəcərdə əl qumbaraları və sursat aşkarlanıb
Kəlbəcərdə əl qumbaraları və sursat aşkarlanıb12-04-2024, 12:58. Yazar: Admin |
Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Kəlbəcər rayonu Qozlukörpü kəndi ərazisindən 9 ədəd “F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olub. Daxili İşlər Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, bundan başqa rayonun Çələkdar kəndi ərazisində 16 ədəd “F-1” əl qumbarası, 2 ədəd partlayıcı başlığı, 2 ədəd “M-75” əl qumbarası, 4 ədəd avtomat darağı və çoxlu sayda patron aşkar olunub. Partlayıcı sursatlar təhlükəsizlik tədbirlər görülərək ərazidən götürülüb. Geri dön |