Ana Sayfa > Karusel / Region > Nikol dedi ki, ehtiyatlı olaq, Əliyev çox qəzəblidir...
Nikol dedi ki, ehtiyatlı olaq, Əliyev çox qəzəblidir...11-04-2024, 12:36. Yazar: Admin |
Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibədən sonra müdafiə nazirinə Azərbaycan Prezidenti İlham Əliyevdən çəkindiyini etiraf edib. Qarabaginfo.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın keçmiş müdafiə naziri, hazırda müxalifətdə olan Arşak Karapetyan deyib. Karapetyan bildirib ki, Paşinyan Əliyevin qəzəbindən qorxur: “O, şəxsən mənə dedi ki, ehtiyatlı olaq, İlham Əliyev çox qəzəblidir”. Karapetyan 2021-ci ildə Ermənistanın müdafiə naziri olub. 2021-ci ilin noyabrında sərhəddə baş verən təxribatdan sonra Paşinyan onu məsuliyyətsizliyinə görə işdən çıxarıb.
Geri dön |