Ana Sayfa > Karusel / Dünya > “NATO Rusiya ilə mümkün münaqişəyə hazır olmalıdır”

“NATO Rusiya ilə mümkün münaqişəyə hazır olmalıdır”


11-04-2024, 12:13. Yazar: Admin

nato-rusiya-ile-mumkun-munaqiseye-hazir-olmalidir

Finlandiyanın yeni prezidenti Alexander Stubb bildirib ki, NATO liderləri ordularını Moskva ilə potensial münaqişəyə hazırlamağa başlamalıdırlar.

Qarabaginfo.az xəbər verir ki, bu haqda “Financial Times” məlumat yayıb.

O qeyd edib ki, Rusiyanın NATO-ya hücumunun 2030-cu ildən əvvəl olacağına inanmır.

Stubb həmçinin bildirib ki, Kiyevə önümüzdəki aylarda dəstəyi artırmaq çox vacibdir, çünki Rusiya Prezidenti Vladimir Putin “çox inamlı hiss edir” və indidən sentyabr ayına qədər Ukraynanın irəli müdafiəsini yarmaq üçün “fürsət pəncərəsi”ni hədəfləyir.

Qeyd edək ki, Finlandiya aprelin 4-də rəsmi olaraq Şimali Atlantika Alyansının 31-ci üzvü olub.


Geri dön