Ana Sayfa > Karusel / Dünya > Putin Paşinyanla şəxsən müzakirə aparacaq - Peskov
Putin Paşinyanla şəxsən müzakirə aparacaq - Peskov10-04-2024, 15:05. Yazar: Admin |
Yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan iki ölkə arasındakı münasibətlərə dair bütün məsələləri şəxsən müzakirə edə biləcəklər. "Ümid edirik ki, yaxın gələcəkdə liderlərin bu cür məsələləri, şəxsən müzakirə etmək imkanı olacaq", - Kreml sözçüsü bildirib. Peskovun sözlərinə görə, Moskva Rusiya Federasiyası ilə Ermənistan arasında münasibətlərdəki çətin məsələlərin dialoq yolu ilə həll olunacağını gözləyir: “Dialoqlar iş səviyyəsində baş verir. Və təbii ki, biz bundan çıxış edirik ki, ikitərəfli münasibətlərimizin son zamanlar yaranmış bütün çətin aspektləri məhz belə dialoq çərçivəsində öz həllini tapacaq”. “Bilirsiniz ki, Ermənistan bizim yaxın tərəfdaşımızdır, müttəfiqimizdir. Bizi bir çox inteqrasiya formatları, məsələn, MDB, Aİİ və digərləri birləşdirir. Geri dön |