Ana Sayfa > Karusel / Region > Rusiya FTX: İnfrastruktur və müdafiə sənayesi obyektlərində 27 terror aktının qarşısı alınıb

Rusiya FTX: İnfrastruktur və müdafiə sənayesi obyektlərində 27 terror aktının qarşısı alınıb


9-04-2024, 13:26. Yazar: Admin

Rusiya FTX: İnfrastruktur və müdafiə sənayesi obyektlərində 27 terror aktının qarşısı alınıb

2024-cü ildə Rusiyada nəqliyyat, yanacaq-energetika və müdafiə sənayesi obyektlərində 27 terror aktının qarşısı alınıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsinin sədri, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib.

“Düşmən nəqliyyat və yanacaq-energetika infrastrukturunun mühüm elementlərinə, müdafiə sənayesi müəssisələrinə və həyat təminatı sisteminin obyektlərinə ziyan vurmaq istiqamətində fəaliyyəti gücləndirib. Hərbi müdafiənin təmin edilməsində iştirak edən obyektlərin mühafizəsinin gücləndirilməsi üçün dövlət orqanları və hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür. Vaxtında görülən tədbirlər nəticəsində belə obyektlərdə 27 terror aktının qarşısı alınıb”, deyə FTX direktoru vurğulayıb.

Bundan əlavə, Bortnikov xatırladıb ki, Ukrayna təxribat və kəşfiyyat bölmələrinin Rusiya ərazisinə soxulmaq cəhdlərinin qarşısı alınıb: "Ukraynalı neonasistlər və onların qərbli himayədarları ölkəmizin ərazisində ən vəhşi cinayətlərin törədilməsini təşkil edirlər. Eyni zamanda, beynəlxalq terror təşkilatının üzvlərindən cinayətlərin icraçısı kimi istifadə edirlər və çoxsaylı mülki itkilərlə Krasnoqorskda son faciəvi hadisələr buna sübutdur”.


Geri dön