Ana Sayfa > Karusel / Region / İqtisadiyyat > Türkiyədə “Akkuyu” AES-də buraxılış-sazlama işlərinə başlanılıb

Türkiyədə “Akkuyu” AES-də buraxılış-sazlama işlərinə başlanılıb


9-04-2024, 13:04. Yazar: Admin

 

Türkiyədə “Akkuyu” AES-də buraxılış-sazlama işlərinə başlanılıb

Türkiyədə tikilən “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) 1 saylı enerji blokunda tammiqyaslı buraxılış-sazlama işlərinə başlanılıb.

Bu barədə Qarabaginfo.az-a stansiyanı tikən “Rosatom”un (Rusiyanın dövlət atom enerjisi korporasiyası) rəsmi məlumatına istinadən xəbər verir.

Məlumata görə, stansiyanın 1 saylı enerji blokunda buraxılış-sazlama işlərinə bu gün start verilib.

Qeyd edək ki, “Akkuyu” stansiyasının birinci enerji blokunun işə salınması bu ilə planlaşdırılıb.

“Akkuyu” Türkiyədə tikilməkdə olan birinci atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayında bağlanmış hökumətlərarası əməkdaşlıq sazişi əsasında həyata keçirilir.


Geri dön