Ana Sayfa > Karusel / Siyasət > Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımının görüntülərini paylaşaraq Ermənistana cavab verib
Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımının görüntülərini paylaşaraq Ermənistana cavab verib30-09-2020, 17:53. Yazar: Admin |
Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımının görüntülərini paylaşaraq Ermənistanın azərbaycanlı mülki vətəndaşlara qarşı hücumlarına cavab verib. Qarabaginfo.az xəbər verir ki, 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Xocalı şəhərində erməni soyqırımı nəticəsində baş verən hadisələri əks etdirən paylaşımda Ermənistanın 30 il əvvəl olduğu kimi, indi də sülh və əmin-amanlığın düşməni kimi çıxış etdiyi qeyd edilib: "Uşaq, qadın və qoca demədən, Azərbaycan torpaqlarını işğal edən Xocalıda soyqırımı həyata keçirən Ermənistan bu gün də bütün dünyanın gözü qarşısında günahsız mülki vətəndaşları hədəf alır”, - deyə Müdafiə Nazirliyinin “Twitter” hesabında paylaşdığı yazıda qeyd edilib. APA Geri dön |