Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Şolts "TkTok"da səhifə açıb - Rəqs etməyəcəyəm
Ana Sayfa > Karusel / Dünya > Şolts "TkTok"da səhifə açıb - Rəqs etməyəcəyəm

Şolts "TkTok"da səhifə açıb - Rəqs etməyəcəyəm


8-04-2024, 16:19. Yazar: Admin

 

Şolts

Almaniya kansleri Olaf Şolts "TikTok" platformasında səhifə açıb.

 

Qarabaqinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu səhifəni hökumətin mətbuat xidməti idarə edəcək.

 

Kanal istifadəçilərə Nazirlər Kabinetinin və onun rəhbərinin cari fəaliyyəti ilə tanış olmaq, həmçinin irad, sual və təkliflərini bildirmək imkanı verəcək.

 

İlk paylaşım 13 saniyəlik videodan ibarətdir ki, sonunda Şoltsu federal kanslerin ofisində öz masasında görmək mümkündür.

 

Yeni səhifəsinin açılmasını şərh edən kansler deyib: "Mən rəqs etməyəcəyəm. Söz verirəm".


Geri dön