Ana Sayfa > Karusel / Dünya > Ermənistanda doğum AZALIB

Ermənistanda doğum AZALIB


8-04-2024, 14:27. Yazar: Admin

Ermənistanda doğum AZALIB

2024-cü ilin yanvar-fevral aylarında Ermənistanda 5477 uşaq doğulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 437 uşaq azdır. 2023-cü ilin yanvar-fevral aylarında 5914 uşaq doğulmuşdu.

Qarabaqinfo.az  xəbər verir ki, bu barədə Ermənistan Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
 

2024-cü ilin yanvar-fevral aylarında Ermənistanda doğulanlar ölənlərdən 11,5 nəfər çox olub.

Hesabat dövründə ölənlərin sayı 4914 nəfər (ötən 4551 nəfər) olub.
 

Ölü doğulanların sayı isə 68 olub. 2023-cü ildə bu rəqəm 62 idi.


Geri dön