Ana Sayfa > Karusel / Dünya > FTX Ukraynaya yardım toplayan dəstə üzvlərini həbs edib
FTX Ukraynaya yardım toplayan dəstə üzvlərini həbs edib8-04-2024, 13:07. Yazar: Admin |
Rusiyanın Federal Təhlükəsizlik Xidməti ayrı-ayrı vətəndaşlara qarşı külli-miqdarda dələduzluq törədən mütəşəkkil dəstə üzvlərini həbs edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə xidmətin İctimaiyyətlə Əlaqələr Mərkəzi xəbər yayıb. Bildirilib ki, əməliyyatlar Moskva, Sankt-Peterburq, Yaroslavl, Soçi şəhərlərində baş tutub. Nəticədə saxlanılan şəxslərin müxtəlif telefon nömrələri vasitəsilə ayrı-ayrı şəxslərə məxsus ümumilikdə 7 milyard rubl pul vəsaitini dələduzluq vasitəsilə ələ keçirərək, Ukrayna Silahlı Qüvvələrinin hesabına köçürdükləri müəyyən edilib. Onlara məxsus ünvanlara baxış zamanı xüsusi avadanlıqlar, pul vəsaitləri, habelə qızıl-zinət əşyaları müsadirə olunub. Geri dön |