Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağ bölgəsində fəaliyyətini yenidən qurur.
Bu barədə Qarabaginfo.az-ın sorğusuna cavab olaraq BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
O bildirib ki, BQXK-nın o ərazilərdə olan fəaliyyəti Bərdə ofisindən həyata keçiriləcək və ehtiyacı olan insanlara dəstək yönlü işlərimiz davam etdiriləcək.