Ana Sayfa > Karusel / Dünya > Xarkov tamamilə məhv edilə bilər - "The Times"

Xarkov tamamilə məhv edilə bilər - "The Times"


8-04-2024, 10:09. Yazar: Admin

 

Xarkov tamamilə məhv edilə bilər -

"Putinin pilotsuz təyyarələri Xarkovu tamamilə süquta uğratmağa çalışır".

 

Qarabaqinfo.az xəbər verir ki, bunu "The Times" nəşri yazıb.

 

Qəzet yazır ki, ruslar müharibənin birinci ilində Xarkovdan geri atılmışdılar, lakin indi məlum oldu ki, Ukraynanın ikinci şəhərini ələ keçirməyin ən yeni strategiyası sadəcə olaraq onu partlatmaq və özünə tabe etməkdir.

 

“Kremlin baş təbliğatçısı Vladimir Solovyov keçən həftə dedi: “Xarkov yer üzündən silinməlidir”, - materialda qeyd edilib.

 

Qeyd olunub ki, fevral ayından bəri mülki əhali gündəlik raket zərbələrinə və pilotsuz təyyarələrin hücumlarına məruz qalır. Rusiya ilə həmsərhəd bölgənin onlarla kəndi intensiv atəşə məruz qaldıqdan sonra boşaldılmalı olub. Nəticədə Xarkov və onun ətraf rayonlarında 526 min insan - hər beş nəfərdən biri "məcburi köçkün" kimi təsnif edilir.

 

"Xarkov çox böyük strateji əhəmiyyət kəsb edir. Rusiya sərhədindən 25 mil məsafədə yerləşən şəhərin ələ keçirilməsi Moskvaya Donbasda Ukrayna qoşunlarını mühasirəyə almağa imkan verəcək", - əlavə olunub.


Geri dön