Ana Sayfa > Karusel / Dünya > Rusiya, İran və Çin elə sıx birləşib ki... - Stoltenberq

Rusiya, İran və Çin elə sıx birləşib ki... - Stoltenberq


7-04-2024, 22:40. Yazar: Admin

Qərbin düşmənləri Rusiya, İran və Çinin daxil olduğu avtoritar güclərin ittifaqı çərçivəsində daha sıx əməkdaşlıq edirlər.

Qarabaginfo.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, adını çəkdiyi avtoritar alyansın üzvləri bir-birinə getdikcə daha çox əlaqələndirilmiş praktiki dəstək verir:

"Bu vəziyyət təkcə NATO-ya üzv dövlətlərin deyil, həm də Hind-Sakit okean tərəfdaş ölkələrinin avtoritar alyansa qarşı birgə işləməsini daha da vacib edir".

 


Geri dön