Ana Sayfa > Karusel / Qarabağ > Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşib
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşib6-04-2024, 11:52. Yazar: Admin |
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşib. Qarabaginfo.az xəbər verir ki, məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində Məhərrəmov Vaqif Cəmil oğlunun şəxsiyyəti müəyyən edilib. Qeyd edək ki, daha əvvəl 9 nəfərin, o cümlədən Məhərrəmov Vaqif Cəmil oğlunun həyat yoldaşı Məhərrəmova Bəsirə Vəli qızının şəxsiyyəti müəyyən edilib. Xocalı soyqırımı zamanı itkin düşmüş Məhərrəmova Bəsirə Vəli qızı və Məhərrəmov Vaqif Cəmil oğlunun qalıqları bu gün Zabrat qəbiristanlığında dəfn olunacaq. Xatırladaq ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı araşdırmalar aparılır. Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların ən azı 18 nəfər şəxsə məxsus olması (onlardan 4 nəfərinin azyaşlı olması ehtimal edilir), onların müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib. Geri dön |