Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rusiyanın İT mütəxəssisləri ölkədən qaçır
Ana Sayfa > Karusel / Region > Rusiyanın İT mütəxəssisləri ölkədən qaçır

Rusiyanın İT mütəxəssisləri ölkədən qaçır


5-04-2024, 13:50. Yazar: Admin

Rusiya İT mütəxəssislərinin Avropa ölkələrində yaşamaq icazəsi üçün müraciətlərinin sayı kəskin şəkildə artıb. Bu ilin birinci rübündə onların sayı ötən illə müqayisədə 233% artıb.

Qarbaginfo.az xəbər verir ki, bu barədə “Kommersant” “Garant İn” konsaltinq şirkətinə istinadla məlumat yayıb.

Bildirilib ki, 2023-cü ildə müraciətlərin sayı əvvəlki ilə nisbətən 44% artıb. 2024-cü ilin əvvəlindən bütün müraciətlərin təxminən 80%-i Fransada, 10%-i isə İtaliyada yaşayış icazəsi almaq üçün olub.

“İndi biz yaşayış icazəsi ilə bağlı bütün müraciətlərin təxminən yarısını İT mütəxəssislərindən alırıq”, - “Garant İn”in baş icraçı direktoru Adrey Boyko bildirib.

Onun sözlərinə görə, Fransanın daha populyar olmasına səbəb bu ölkədə yaşayış icazəsi üçün investisiya tələbinin olmamasıdır.

 


Geri dön