Ana Sayfa > Karusel / Siyasət > Türkiyə Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilədən çıxıb
Türkiyə Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilədən çıxıb5-04-2024, 13:48. Yazar: Admin |
Türkiyə Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilədən (CFE) çıxıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə qərar ölkənin rəsmi qəzetində dərc olunub. Sənəddə göstərilir ki, rəsmi Ankara aprelin 8-dən sonra sənədin heç bir müddəalarına əməl etməyəcək. Qərar mətnində həmçinin, Rusiya bu sənəddən çıxdıqdan sonra NATO-nun həmin anlaşmanın qüvvəsini və digər dövlətlərin ona qoşulması ilə bağlı sorğuları dayandırdığı bildirilib. Qeyd edək ki, Rusiya 1990-cı ildə imzalanan və alyansın tərkibindəki rəqib dövlətlərin sərhəd bölgələrində qoşun cəmləşdirməsini qadağan edən müqavilədən 2023-cü ildə çıxıb. Geri dön |