Ana Sayfa > Karusel / Siyasət > ABŞ Gürcüstanda xarici agentlərlə bağlı layihənin parlamentdə müzakirəsindən narahatdır
ABŞ Gürcüstanda xarici agentlərlə bağlı layihənin parlamentdə müzakirəsindən narahatdır5-04-2024, 11:27. Yazar: Admin |
ABŞ Dövlət Departamenti Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının “Xarici təsirlərin şəffaflığı haqqında” (Xarici agentlər haqqında) qanun layihəsini növbəti dəfə parlamentə təqdim etməsindən dərin narahatlıq keçirir. Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin “X” platformasındakı paylaşımında qeyd olunub. “Biz Gürcüstan parlamentinə təqdim edilmiş qanun layihəsinin Gürcüstanı Avropa yolunda relsindən çıxarmasından və Gürcüstan vətəndaşlarının həyatını yaxşılaşdıran vətəndaş cəmiyyəti təşkilatlarına zərər vurmasından dərin narahatlıq keçiririk. Biz Gürcüstan hökumətini Aİ istəklərini irəli aparmağa çağırırıq”, - paylaşımda qeyd olunub. Geri dön |