Ana Sayfa > Karusel / Multimedia > “Azərkosmos” sədri: 2040-cı ilədək qlobal quraqlığa məruz qalacaq ölkələr sırasında Azərbaycan yüksək riskə malikdir
“Azərkosmos” sədri: 2040-cı ilədək qlobal quraqlığa məruz qalacaq ölkələr sırasında Azərbaycan yüksək riskə malikdir5-04-2024, 10:38. Yazar: Admin |
2040-cı ilədək qlobal quraqlıq risklərinə məruz qalacaq ölkələr sırasında Azərbaycan yüksək riskə malikdir. Qarabaginfo.az xəbər verir ki, bunu “Azərkosmos”un İdarə heyətinin sədri Saməddin Əsədov “İqlim dəyişikliyinə kosmosdan baxış elektron platforma”nı geniş ictimaiyyətə açıqlayarkən deyib. S.Əsədov bildirib ki, 2017-ci illə müqayisədə Azərbaycanda Böyük Qafqaz və Kiçik Qafqazda buzlaqların 18 faizi itirilib. O əlavə edib ki, 1993-cü ildən etibarən Xəzərin səviyyəsində 2 metrədək azalma olub ki, bunun da 1.5 metri son beş ilə təsadüf edib. Qızılağac dövlət qoruğu haqda danışan S.Əsədovun sözlərinə görə, son öyrənilən rəqəmlərə görə buradakı su hövzəsinin 40%-i itirilib: “Ümumiyyətlə, Azərbaycan ərazisinin 15%-i quraqlıq riski ilə üz-üzədir. Burada xüsusən Gəncə-Daşkəsən ərazisinin quraqlıq riski ilə üz-üzə olduğunu vurğulamaq lazımdır”. Geri dön |