Ana Sayfa > Karusel / Təhsil > Bağça müəllimləri üçün sertifikasiya imtahanının vaxtı AÇIQLANDI
Bağça müəllimləri üçün sertifikasiya imtahanının vaxtı AÇIQLANDI4-04-2024, 17:33. Yazar: Admin |
Məktəbəqədər təhsil müəssisələrində ixtisası üzrə işləməyən tərbiyəçi müəllimlər var.
Qarabaginfo.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova deyib. O bağça müəllimlərinin sertifikasiyası ilə bağlı məsələyə də aydınlıq gətirib. İlahə Rəsulova qeyd edib ki, bu il bağça müəllimlərinin sertifikasiyası gözlənilmir: “Məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi müəllimləri üçün 2026-cı ildə sertifikasiya gözlənilir. Amma ondan əvvəl diaqnostik qiymətləndirmə aparmaq istəyirik ki, sertifikasiyaya qədər vəziyyəti aydınlaşdıraq. Bundan sonra hər hansı qaydalar olduqca, məlumat veriləcək. Ola bilsin sertifikasiyanın hansısa mərhələsi 2025-ci ildə olsun”. Geri dön |