Ana Sayfa > Karusel / Region > Rusiya FTX “Crocus"a terror hücumu ilə bağlı daha 3 nəfəri saxlayıb
Rusiya FTX “Crocus"a terror hücumu ilə bağlı daha 3 nəfəri saxlayıb4-04-2024, 17:13. Yazar: Admin |
Rusiya Federal Təhlükəsizlik Xidməti “Crocus City Hall” konsert salonuna hücumla bağlı iki xarici ölkə vətəndaşı və bir Rusiya Federasiyası vətəndaşını saxlayıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə FTX məlumat yayıb. Bildirilib ki, Moskva, Yekaterinburq və Omsk şəhərlərində “Crocus City Hall” konsert salonuna hücumda iştirak edən terrorçuların maliyyələşdirilməsi və cəlb edilməsində iştirak edən iki xarici ölkə vətəndaşı və bir Rusiya Federasiyası vətəndaşı saxlanılıb. Qeyd olunub ki, saxlanılanlardan ikisi terror aktında istifadə olunan odlu silah və nəqliyyat vasitələri almaq üçün pul köçürüblər, üçüncüsü isə terror aktının ortaqlarının "verbovka" edilməsinə və onu törədənlərin maliyyələşdirilməsində birbaşa iştirak edib. Geri dön |