Moskva vilayətinin İstra şəhəri yaxınlığında teplovoz ən yeni "İvolqa 4.0" elektrik qatarı ilə toqquşub.
Qarabaginfo.az xəbər verir ki, toqquşma nəticəsində xəsarət alan olmayıb.
Toqquşmanın digər qatarların hərəkətinə heç bir təsir göstərmədiyi bildirilib.
Faktla bağlı Moskva-Yaroslavl Nəqliyyat Prokurorluğu araşdırma aparır.