Gürcüstan Kəşfiyyat Xidmətinin rəhbəri Şalva Lomidze vəzifəsindən azad edilib.
Qarabaginfo.az xəbər verir ki, müvafiq qərarı Gürcüstanın Baş naziri İrakli Kobaxidze imzalayıb.
“Kəşfiyyat Xidməti haqqında Gürcüstan Qanununun 9-cu maddəsinin birinci bəndi əsasında general-mayor Şalva Lomidze Gürcüstanın Kəşfiyyat Xidmətinin rəisi vəzifəsindən azad edilsin”, - baş nazirin sərəncamında qeyd edilib.