Ana Sayfa > Karusel / Dünya > “Ukraynadakı hərbi əməliyyatlar NATO-nun təhlükəsizliyi üçün lazımdır”

“Ukraynadakı hərbi əməliyyatlar NATO-nun təhlükəsizliyi üçün lazımdır”


4-04-2024, 14:06. Yazar: Admin

ukraynadaki-herbi-emeliyyatlar-nato-nun-tehlukesizliyi-ucun-lazimdir

“Ukraynadakı hərbi əməliyyatlar NATO-nun təhlükəsizliyi üçün lazımdır və Kiyevə silah tədarükü alyans ölkələrinin öz təhlükəsizliyinə yatırımdır”.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu fikri NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə jurnalistlərə birgə açıqlamasında deyib.

“Bu, NATO-nun təhlükəsizliyi üçün çox vacibdir. Həmçinin Ukraynaya dəstək xeyriyyəçilik deyil, NATO ölkələrinin öz təhlükəsizliyinə bir sərmayədir”, - Stoltenberq bildirib.

Onun sözlərinə görə, Ukrayna məcburi uzunmüddətli təchizat şəklində silah almalıdır.

 


Geri dön