Ana Sayfa > Karusel / Gündəm > Ukrayna XİN başçısı: “Azərbaycanın ərazi bütövlüyünü davamlı dəstəkləyirik, bu prinsip bizim üçün dəyişməzdir”

Ukrayna XİN başçısı: “Azərbaycanın ərazi bütövlüyünü davamlı dəstəkləyirik, bu prinsip bizim üçün dəyişməzdir”


30-09-2020, 14:01. Yazar: Admin

Ukrayna XİN başçısı: “Azərbaycanın ərazi bütövlüyünü davamlı dəstəkləyirik, bu prinsip bizim üçün dəyişməzdir”

“Biz Azərbaycanın ərazi bütövlüyünü davamlı olaraq dəstəkləyirik. Bu prinsip bizim üçün tamamilə dəyişməz olaraq qalır”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba onlayn brifinqdə deyib.

“Biz hamımız Dağlıq Qarabağdakı hadisələrin inkişafını müşahidə edirik. Ukrayna Xarici İşlər Nazirliyi (XİN) vəziyyətin kəskinləşməsi ilə bağlı mövqeyini ilk bildirənlərdən oldu. Bu hadisələri izləməyə davam edirik, koordinasiya olunmuş mövqeyə sahib olmaq üçün tərəfdaşlarla danışıqlar aparırıq. Azərbaycan Xarici İşlər naziri ilə telefon danışığımız olub. Mövqeyimiz çox aydındır. Müharibə hər zaman kədər, qurbanlar, məhv deməkdir. Hazırda Qafqazda bu kimi hadisələrin baş verdiyi üçün çox təəssüflənirik. Mövcud vəziyyət göstərir ki, “dondurulmuş münaqişələr” həqiqətən dondurulmayıb və hər an püskürə bilər. Bunlar Avropadakı qeyri-sabitlik ocaqlarıdır və beynəlxalq ictimaiyyət onların nizamlanmasına müvafiq qaydada yanaşmalı və bunun üçün ardıcıl və sistemli səy göstərməlidir. Ukraynanın xarici siyasətinin təməl daşlarından biri dövlətlərin ərazi bütövlüyünü dəstəkləməkdir. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də Azərbaycanın ərazi bütövlüyünü davamlı olaraq dəstəkləyirik. Bu prinsip bizim üçün tamamilə dəyişməz olaraq qalır”, - deyə Ukraynanın XİN başçısı vurğulayıb.


Geri dön