Ana Sayfa > Karusel / Dünya > ABŞ-ın kommersiya neft ehtiyatları 450 mln. bareli ötüb
ABŞ-ın kommersiya neft ehtiyatları 450 mln. bareli ötüb4-04-2024, 09:52. Yazar: Admin |
Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 3 210 min barel artaraq 451 417 min barel təşkil edib. Qarabaginfo.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir. Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 300 min barel azalacağını proqnozlaşdırırdı. ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir. Geri dön |