Ana Sayfa > Karusel / Manşet / Region > Xankəndidən çıxan erməni cütlüyə Ermənistanda “sürpriz”

Xankəndidən çıxan erməni cütlüyə Ermənistanda “sürpriz”


3-04-2024, 17:19. Yazar: Admin

xankendiden-cixan-ermeni-cutluye-ermenistanda-surpriz

Qarabağda yaşayan erməni cütlük Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələrinin müşayiəti ilə Xankəndidən Ermənistana aparılıb. 

Qarabaginfo.az“ 1lurer” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı BQXK-nın Ermənistandakı kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni açıqlayıb. 

Məlumata görə, evli olan Sarkis Qalstyan və Marqarita Şahnazaryan cütlüyü öz istəkləri əsasında Ermənistana getmək istəyiblər və proses martın 29-u baş tutub. 

 

Ermənistan İstintaq Komitəsinin rəsmi nümayəndəsi Qor Abramyanın sözlərinə görə, Sarkis Qalstyan Ermənistanda həbs edilib. O, casusluqda ittiham edilir.


Geri dön