Ana Sayfa > Karusel / Region > “Ermənistandakı missiya NATO missiyasına çevrilir”

“Ermənistandakı missiya NATO missiyasına çevrilir”


3-04-2024, 15:54. Yazar: Admin

ermenistandaki-missiya-nato-missiyasina-cevrilir

“Avropa İttifaqının Ermənistandakı missiyası NATO missiyasına çevrilir”.

Qarabaginfo.az  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi həftəlik brifinqdə deyib. 

“Aİ-nin Ermənistandakı missiyası qərblilərin səyləri ilə mahiyyətcə NATO missiyasına çevrilir. Üzv ölkələrin liderləri alyansa tələbatın olduğunu nümayiş etdirmək üçün anti-Rusiya isterikasını qızışdırır, ölkəmizlə hərbi münaqişəyə hazırlaşmağa çağırış edir, açıq-aydın iqtisadi problemlər fonunda hərbi-sənaye kompleksinə böyük vəsaitlər yatırırlar”, - deyə Zaxarova qeyd edib.


Geri dön