Ana Sayfa > Karusel / Region > Zaxarova Ermənistanın Azərbaycanla sərhədə qoşun yığmasına münasibət bildirib

Zaxarova Ermənistanın Azərbaycanla sərhədə qoşun yığmasına münasibət bildirib


3-04-2024, 15:52. Yazar: Admin

Zaxarova Ermənistanın Azərbaycanla sərhədə qoşun yığmasına münasibət bildirib

“Biz Azərbaycanla Ermənistan sərhədindəki vəziyyətə qiymətimiz vermişik. KİV vasitəsi ilə tərəfləri gərginliyin de-eskalasiyasına çağırmışıq”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Azərbaycanla sərhədə qoşun yığması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

O, həmin məlumatı təxribatçı informasiya adlandırıb və KİV-in bu məsələdə konstruktiv rol oynamasının vacib olduğunu söyləyib. 

“Bakı ilə İrəvan arasında olan bütün ərazi mübahisələri və iddiaları istisnasız olaraq siyasi-diplomatik metodlarla, sərhədlərin delimitasiyası ilə bağlı ikitərəfli komissiya çərçivəsində həll olunmalıdır. Biz öz tərəfimizdən buna hər cür yardımı göstərməyə hazırıq. Hesab edirik ki, Rusiya, Azərbaycan və Ermənistan arasında olan üçtərəfli mexanizmin ritmik işinin bərpasının zamanı çoxdan gəlib. Tərəfdaşları bu formatın bərpa etmək üçün siyasi iradə göstərməyə çağırırıq”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.


Geri dön