Ana Sayfa > Karusel / İqtisadiyyat > Rusiyanın Avropanı “dondurmaq” cəhdi baş tutmadı- Ehtiyatlar rekord həddədir

Rusiyanın Avropanı “dondurmaq” cəhdi baş tutmadı- Ehtiyatlar rekord həddədir


3-04-2024, 14:36. Yazar: Admin

Kremlin Avropanı “dondurmaq” cəhdlərinə baxmayaraq, Avropa İttifaqı ölkələri artıq ikinci ildir ki, istilik mövsümünü rekord qaz ehtiyatları ilə başa vurublar.

Qarabaginfo.az xəbər verir ki, “Qazprom”un Avropaya tədarükü müharibədən əvvəlki səviyyədən 5 dəfədən çox azalıb və Ukrayna qaz tranziti müqaviləsini yeniləməkdən imtina etdiyi üçün gələn ildən daha da azalacaq.

Aİ-də istilik mövsümü martın 31-də başa çatıb və “Gas Infrastructure Europe” şirkətinin məlumatına görə, anbar ehtiyatları 58,7 faiz təşkil edib. Bu, tarixdəki ən yüksək həcmdir.

İki isti qış və təchizat sisteminin köklü şəkildə yenidən qurulması mümkün çatışmazlığın öhdəsindən gəlməyə kömək etdi. Mayeləşdirilmiş təbii qaz boru kəməri qazını ötərək əsas tədarük mənbəyinə çevrildi. İndi Rusiyanı əvəz edən əsas təchizatçı ABŞ-dır. O, Avropa LNG idxalının demək olar ki, yarısını təmin edir.


Geri dön