"Crocus City Hall"dakı terror aktının izləri Ukrayna xüsusi xidmət orqanlarına aparır.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
Onun sözlərinə görə, Kiyevin tamamilə ABŞ-ın nəzarətində olduğu hamıya məlumdur.
"Hər kəs yaxşı bilir ki, Kiyev rejimi müstəqil deyil və tamamilə ABŞ-ın nəzarətindədir", - deyə Patruşev vurğulayıb.
O, "Crocus"da törədilən terror aktında İŞİD-in rolu ilə bağlı da danışıb. Qeyd edib ki, bu və digər terror təşkilatlarının ABŞ tərəfindən yaradıldığını nəzərə almaq lazımdır.
Patruşev hələ martın 7-də ABŞ və Böyük Britaniya səfirliklərinin Moskvada terror aktları təhlükəsi ilə bağlı xəbərdarlıqlar yaydıqlarını xatırladıb.