Ana Sayfa > Karusel / Siyasət > Səfir hesab edir ki, Yunanıstan-Ermənistan münasibətləri Azərbaycana qarşı yönəlməyib
Səfir hesab edir ki, Yunanıstan-Ermənistan münasibətləri Azərbaycana qarşı yönəlməyib3-04-2024, 12:24. Yazar: Admin |
“Bizim doğrudan da uzun illərdir Ermənistanla münasibətlərimiz var. Amma sizi əmin edə bilərəm ki, bu münasibətlər heç bir halda bizim Azərbaycandakı dostlarımızın əleyhinə yönəlməyib”. Qarabaginfo.az xəbər verir ki, bunu Apa-ya açıqlamasında Yunanıstanın Azərbaycandakı səfiri Xristos Kapodistrias bildirib. Yunanıstanın Ermənistanla münasibətləri barədə sualı cavablandıran diplomat Azərbaycan-Türkiyə münasibətlərinə diqqət çəkib: “Sizin də Türkiyə ilə yaxın münasibətləriniz var və təbii ki, bunun Yunanıstana qarşı olmadığını bilirik. Bu münasibətlər beynəlxalq münasibətlərdir və mürəkkəb işdir, mürəkkəb sistemdir. Odur ki, hamımızın fikir mübadiləsi, dialoq aparmağımız çox vacibdir və biz çox şadıq ki, bunu etmək şansımız olub”. Səfir bu yaxınlarda Yunanıstan xarici işlər nazirinin müavini Aleksandra Papadopulunun Bakıya səfər etdiyini xatırladıb və onun səfər çərçivəsində azərbaycanlı həmkarı Fariz Rzayevlə çox səmərəli müzakirələr apardığını diqqətə çatdırıb: “Odur ki, biz digər dostluq və ya əlaqələrimizə baxmayaraq, Azərbaycanla münasibətlərimizə çox diqqət yetiririk. Bu, beynəlxalq sistemdir və belə işləyir”. Geri dön |