Ana Sayfa > Karusel / Dünya > Stoltenberq Ukraynaya əlavə 100 mlrd. avro ayrılmasını təklif edib
Stoltenberq Ukraynaya əlavə 100 mlrd. avro ayrılmasını təklif edib3-04-2024, 11:42. Yazar: Admin |
NATO-ya üzv dövlətlər Ukraynaya əlavə 100 milyard avro ayrılmasını müzakirə edəcək. Qarabaginfo.az “Reuters“ə istinadən xəbərinə görə, bunu alyansın baş katibi Yens Stoltenberq bəyan edib. O deyib ki, sözü gedən məsələ bugünkü görüşün gündəliyinə salınıb. Bu arada, ekspertlər bildirib ki, sözü gedən addım alyansın Ukrayna ordusuna silah-sursat tədarükündəki rolunu artırmaq imkanı verəcək. Qeyd edək ki, sözü gedən müzakirələr həm də Şimali Atlantika Müqaviləsi Təşkilatının iyulda Vaşinqtonda qeyd olunacaq 75-ci ildönümünə hazırlıq məqsədi daşıyır. Geri dön |