Ana Sayfa > Karusel / Region > Zaxarova: Ermənistanın özünü Avropa ölkəsi kimi təqdim etməsi yersizdir

Zaxarova: Ermənistanın özünü Avropa ölkəsi kimi təqdim etməsi yersizdir


3-04-2024, 09:44. Yazar: Admin

Zaxarova: Ermənistanın özünü Avropa ölkəsi kimi təqdim etməsi yersizdir

“Ermənistanın özünü Avropanın sözdə demokratik dəyərlərinə malik ölkəsi kimi təqdim etməsi yersizdir”.

Qarabaginfo.az TASS-a istinadən məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Zvezda” telekanalının efirində bildirib.

“Ermənistanın yaratdığı obraza Avropanın özündə belə ciddi yanaşmırlar. Vaxtilə ABŞ-nin dövlət katibinin müavini olmuş Viktoriya Nuland Avropaya layiq olduğu yeri göstərmişdi. O, Avropanı tamamilə gücsüz, rüsvayçı, bacarıqsız və dağılmaq üzrə olan quruluş adlandırmaqda haqlı idi. Hazırda baş verənlər onu göstərir ki, rəsmi İrəvan özünü bu dağınıq struktura bənzətmək niyyətindədir”.


Geri dön