Türkiyənin İstanbul şəhərində baş verən yanğında həlak olanların sayı 25-ə çatıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.
Hadisə nəticəsində 3 nəfərin yaralandığı bildirilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daxili işlər naziri Əli Yerlikaya zəng edərək yanğınla bağlı məlumat alıb.
Yanğınla bağlı cinayət işi açılıb, 5 nəfər saxlanılıb.