Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan ilə Sankt-Peterburq arasında Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib
Azərbaycan ilə Sankt-Peterburq arasında Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib2-04-2024, 16:18. Yazar: Admin |
Azərbaycan ilə Sankt-Peterburq arasında Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində paylaşım edib. “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasında iştirak etdik. İclas çərçivəsində imzalanmış "2024-2028-ci illərdə Azərbaycan Respublikası Hökuməti və Sankt-Peterburq Hökuməti (Rusiya Federasiyası) arasında ticarət,iqtisadi, elmi, texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair Tədbirlər Planı" tərəfdaşlığın gücləndirilməsini və layihələrin dəstəklənməsini təmin edəcək” - deyə Mikayıl Cabbarov paylaşımda bildirib. Geri dön |