2023-cü ildə Rusiyadan qovulan əcnəbilərin sayı 65% artıb.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev Prezident Vladimir Putinin iştirakı ilə nazirliyin kollegiya iclasında çıxışında bildirib.
Onun sözlərinə görə, informasiya sistemlərinin köməyi ilə miqrantların 2 minə yaxın cinayətinin üstü açılıb.
Kolokoltsev qeyd edib ki, Daxili İşlər Nazirliyi kollektiv Qərbin gərgin vəziyyət yaratmaq cəhdlərinə baxmayaraq, Rusiyadakı vəziyyətə nəzarəti saxlaya bilib.